Xəzinə tapıldı: Torpağı qazdıqca "fışqırdı"... - Foto

Rusiyanın cənub-qərbindəki arxeoloqlar XII əsrdə basdırılmış gümüş üzüklər, bilərziklər və boyunbağı yığını aşkar ediblər.
“Sherg.az” “Milliyet.com”a istinadən bildirir ki, günəşin şüalarını əks etdirən “yeddi şüalı üzükləri” 1237 -ci ildə qaniçən Monqol hücumunun baş verdiyi Rusiyanın ən qədim şəhərlərindən biri olan “Köhnə Ryazan” bölgəsi yaxınlığında tapılıb.
Tədqiqatçılar deyir ki, varlı Rusiya vətəndaşları üçün xəzinələrini işğalçılardan gizlətmək adi hal idi. Lakin 32 xəzinə parçası monqolların hücum etməsindən 100 il əvvəl gizlədilib.
Rusiya Elmlər Akademiyası və Ryazan Tarix-Memarlıq Muzey-Qoruğunun arxeoloqları “İsa xəzinəsi” adlandırılan qiymətli qənimətin nə üçün gizlədildiyini tapmağa çalışırlar. Uzaq Şərqdən gətirildiyi düşünülən yeddi şüalı üzüklər erkən orta əsrlər rus zərgərliklərinin əlamətinə çevrilib. Bilərziklərin bəzilərində xaç və xurma yarpaqları olan üç gümüş hörük var. Onların üslub və texnikaları X və ya XI əsrə aiddir.
Arxeoloqlar mənşəyi hələ dəqiq müəyyən edilməmiş bölgə üçün qeyri-adi bir əşya olan üzük formalı saplı metal qab da tapıblar.