Kartofa bənzəyir, amma içində fərqli bir dünya var - FOTOLAR

“Big İdaho Potato Hotel” adlı otel görənləri heyrətə gətirir. Otel uzaqdan boş bir sahədə nəhəng bir kartofa bənzəsə də, əslində sevimli bir məkandır.
“Sherg.az” “Haberler.com”a istinadən bildirir ki, Kristie Volf adlı şəxs tərəfindən dizayn edilən məkan fərqli otel axtarışında olanlar üçün bənzərsiz bir fürsətdir.
Otelə girdikdən sonra tərəvəzin içini hiss edə biləcəyiniz şirin bir qonaq otağına rast gəlirsiniz. Məkanın içi sakitliyi və əyləncəni birləşdirir, eyni zamanda kifayət qədər maraqlı aksesurlarla doludur. Oteldə gecə qalma haqqı 200 dollardır.