Tarixə düşdülər


Evli cütlüklər eyni matçda vəzifə aldılar

Türkiyənin futbol tarixində bir ilk yaşanıb. "Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk futbol tarixində ilk dəfə evli cütlüklər eyni matçda hakim olublar. TFF 1-ci Liqanın 4-cü həftəsində MKE "Ankaragücü" ilə "Gənclərbirliyi" arasında oynanılan paytaxt derbisində 3 ay əvvəl evlənmiş cütlüklər - Gamze Durmuş və Burak Akkan oyuna birlikdə hakimlik ediblər. Əvvəlcə, Burak Pakkan MKE "Ankaragücü"-"Gənclərbirliyi" matçında hakim olub, daha sonra eyni matçın dördüncü hakimi isə onun həyat yoldaşı Gamze Durmuş olub. Bununla da onlar tarixdə bir matçı birlikdə idarə edən ilk evli cütlüklər olub. Qeyd edək ki, Ankara Eryaman Stadionunda keçirilmiş oyunda "Ankaragücü" "Gençlerbirliyi"ni 2-0 hesabı ilə məğlub edib. 
Aynurə