İtini gəzdirərkən xəzinə tapdı - FOTO

Çexiyanın Zlin bölgəsindəki Vsetin qəsəbəsində sahibi tərəfindən gəzintiyə çıxarılan “Masa” adlı it meşəlik ərazidə sikkələrlə dolu bir qazan tapıb.
“Sherg.az” “Haberglobal.com”a istinadən xəbər verir ki, itin sahibi tərəfindən “Valasske” Regional Muzeyi səlahiyyətlilərinə təhvil verilmiş saxsı qazan açılmadan əvvəl “Valasske” xəstəxanasına aparılıb və tomoqrafiya aparatından keçərək müayinə edilib.
Müayinələr nəticəsində qazandakı 374 sikkənin Praqa gümüşündən hazırlandığı və XIV əsrə aid olduğu ortaya çıxıb.

İtin sahibi baş verənlərlə bağlı bu sözləri deyib:
“ “Masa” ilə meşəlik ərazidə gəzərkən onun bir bölgəni israrla cızmağa başladığını gördüm. Əvvəlcə oyun oynadığını düşündüm. Ancaq təxminən 10 santimetr dərinlikdə saxsı qab tapdıq. 

İçindəki sikkələri görəndə bunun tarixi bir xəzinə olduğunu anladım və səlahiyyətlilərə məlumat verdim. “Masa” indi mənim üçün bir arxeoloqdur”.

Yeganə Bayramova