Ölkənin tarixində ilk yaşandı

Döyüş təyyarələri magistral yola eniş edib

Tayvana aid döyüş təyyarələri magistral yolda təcili eniş və qalxma təlimi keçirib. 
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq belə işıqforlu və kəsişməli bir magistral yolda təlim baş tutub. Tayvan ordusundan verilən açıqlamada bildirilib ki, pilotlar Pinqtunq Hava Bazasında hava zolağının düşmən qüvvələri tərəfindən ciddi şəkildə zədələnməsi halında 24 metr enində yola enmə qabiliyyətlərini sınayıblar.

Açıqlamada, belə bir təlimin ilk dəfə işıqforlu və kəsişməli bir magistral yolda edildiyi qeyd olunub. Xatırladaq ki, avqust ayının 17-də Çinin keçirdiyi hərbi təlimlər iki ölkə arasındakı gərginliyi yenidən artırıb. Avqustun 28-də isə ABŞ döyüş və sahil mühafizə gəmilərinin Tayvan boğazından keçməsi Çin tərəfini qəzəbləndirib. Çin ABŞ gəmilərinin Tayvan boğazından keçməsini təxribat xarakterli bir hərəkət olduğunu deyib. Tayvan isə Çinin 19 hərbi təyyarə ilə onun hava sahəsinə girməsini sərt şəkildə tənqid edb.

Aynurə