3 göbələk 12 min manata satıldı

Dünyanın ən bahalı qidalarından biri olan “Matsutake” göbələyi Yaponiyada hərraca çıxarılıb. Bu göbələk normal qiymətində belə dünyanın ən bahalı qidalarından biridir.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, göbələk hərrac nəticəsində dəyərindən yüz qat artıq qiymətə satılıb.Məlumata görə, 70 qram ağırlığında olan 3 göbələk rekord qiymətə- 830 min yenə, yəni təxminən 1400 dollara satılıb.

 Yeganə Bayramova