Nəsli tükənməkdə olan pinqvinləri arılar sancdı: 63 -ü öldü

Cənubi Afrikada turistlərin çox getdiyi dünyaca məşhur “Boulders” çimərliyində kədərli hadisə baş verib.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, nəsli tükənmək təhlükəsi ilə üzləşən 63 Afrika pinqvini arı hücumundan sonra ölüb.
Cənubi Afrika səlahiyyətliləri pinqvinlərin bölgədə ilk dəfə arı hücumuna uğradığını söylədi. Mütəxəssislər pinqvinlərin və arıların heç bir problem yaşamadıqlarına diqqət çəkirlər. Ancaq arıların pətəyi zədələndikdən sonra aqressivləşdiyi və pinqvinlərə hücum etdikləri bildirilir. Pinqvinlərin xüsusilə gözlərinin ətrafından sancıldığı qeyd olunub. Onların sayının sürətlə azalması ətraf mühitin dəyişməsi ilə əlaqədardır.

Yeganə Bayramova