Qulağından, maskadan nələr çıxdı


Sürücülük vəsiqəsi üçün  imtahana girən biabır oldu

Sürücülük vəsiqəsi əldə etmək üçün Türkiyədə təşkil olunan imtahanda maraqlı hadisə yaşanıb.
 "Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kırıkkale Milli Təhsil Müdirliyi tərəfindən təşkil edilən imtahana kopyalama mexanizmi ilə girən şəxs və ona kömək edən şübhəli tutulub.

 Aparılmış istintaq tədbirləri zamanı S.A (30) üzərindən qulaqda gizlənmiş qulaqcıqlar, maskada gizlədilən kamera, portativ "wifi" cihazı və qəbuledici aşkarlanıb.

 Polis qrupları imtahan zamanı onunla koordinasiya edən H.K -nı (40) adlı şəxsi də avtomobilində saxlayıb. Onun üzərindən isə SİM kart, qulaqda qulaqlıq batareyası, 4 SİM kart qutusu, fləş kart və mobil telefon ələ keçirilib. Nəzarətə alınan şübhəlilər polis bölməsindəki prosedurlardan sonra ədliyyəyə göndəriləcək.

Aynurə