37 il əvvəl okeana atılan şüşənin içindən çıxan məktub...- FOTO

Havay adalarında 9 yaşında uşaq tərəfindən içərisində 1984-cü il tarixli bir məktub olan şüşə tapılıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, şüşə 37 il əvvəl Yaponiyada orta məktəb şagirdləri tərəfindən sınaq üçün okeana atılıb.
Şüşə içərisindəki "Okean cari araşdırması" başlıqlı məktubun Yaponiyanın qərbindəki Miyakejima adası yaxınlığındakı Kuroshivo cərəyanını araşdıran bir tələbə tərəfindən okeana atıldığı deyilir. Məktubun 1984 -cü ilin iyul ayında yazıldığı bildirilib. Mətndə məktubu kim tapsa, layihəni hazırlayan məktəbə, yəni “Çoşi” Liseyinə qaytarması barədə istək qeyd olunub.

Yeganə Bayramova