Qorxunc mənzərə  


Bu şəhərdə cəmi 20 nəfər yaşayır

Belçikanın Niderland sərhədinə yaxın kiçik qəsəbə olan Doel uzun illərdir tərk edilmiş “ruhlar şəhəri” kimi həyatın nə zaman canlanacağını gözləyir. “Şərq” AHaber-ə istinadən bildirir ki, qəsəbənin ətrafında Avropanın ikinci böyük dəniz limanı Antver yerləşir. Doel qəsəbəsini ruhlar qəsəbəsinə dönməsinin səbəbi də elə budur. Qəsəbənin ilginc tarixi var. 

Burda 700 il öncə məskunlaşma başlayıb. 1970-ci illərədək qəsəbədə 1400 əhali yaşayırmış. 1970-ci ildən başlayaraq qəsəbə Antver limanı ərazisinə daxil edilib. Bundan sonra da qəsəbənin sürətlə boşaldılması başlanılıb. İndi qəsəbə bom-boş küçələri, yolları, tərk edilmiş evləri, hərəkətsiz qalan yel dəyirmanları ilə tənha şəhərə çevrilib. Doel  demək olar kimsənin yaşamadığı boş qalmış qəsəbədir. Bəzən qəsəbənin ölüm sükutunu  avtomobil və motosikletlərin küçələrdə şütüməsi pozur. Bunlar avtomobil və ya motosiklet sürməyi öyrənənlərdir. Qəsəbə küçələri boş olduğuna görə avtomobil sürməyi öyrənənlər üçün uyğun məkana çevrilib.  Motosiklet sürücüləri də Doel yollarından sərbəst istifadə edir, başqa yollarda edə bilməyəcəkləri hərəkətləri burada göstərirlər.  

Məlahət