Bu qəhvənin yarım kilosu 2568 dollardır

Panamada keçirilən "Best of Panama" hərracında məşhur “Geisha Coffee” adlı qəhvə rekord qiymətə alıcı tapıb. “Sherg.az” “Haberglobal.com”a istinadən xəbər verir ki, elektron hərracda yarım kilo qəhvə 2568 dollara bazarlanıb. Bu satışla “Geisha” qəhvə seriyası son satış rekordunu keçib. Panama Xüsusi Qəhvə Dərnəyinin prezidenti Daniel Peterson bildirib: “2001 -ci ildə bir kilo qəhvə 480 dollara satılıb. Elektron hərracımızda isə “Geisha” qəhvəsi ən yüksək qiymətə satılıb”.

Yeganə Bayramova