Dünyanın ən təhlükəli quşu...


ABŞ -da aparılan yeni bir araşdırmada insanların yetişdirdiyi ilk quş növünün dəvəquşları olduğu ortaya çıxıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, 18 min il əvvəl əhliləşdiyi təsbit edilən dəvəquşlarının uzunluğu 5 metrə, çəkisi 60 kiloqrama qədər çata bilər.
Uzun xəncərə bənzəyən ayaq barmaqları ilə dünyanın ən təhlükəli quşu adlandırılan dəvəquşu bir zərbə ilə insanın daxili orqanlarına ciddi zərər verə biləcək qədər güclüdür. Ancaq dəvəquşu aqressiv olsa da, elm adamları yumurtadan çıxdıqdan sonra onların gördüyü ilk şeyə bağlandığını söyləyib. Bu, o deməkdir ki, heyvana qulluq etmək və onu yetkin ölçülərə gətirmək asandır. Quşun əti də yeyilir. Tükləri və sümükləri müxtəlif bəzəklər və mərasim paltarları hazırlamaq üçün istifadə olunur.

 Yeganə Bayramova