İspaniyanı ayağa qaldıran görüntü... - FOTOLAR

İspaniyanın məşhur Bilbao şəhərində yerləşən “Nervion” çayında maraqlı hadisə yaşanıb. Çayda görünən gənc qızın üzü şəhər sakinləri dəhşətə gətirib. Boğulan kimi görünən qızın o qədər real görünüşü var ki, yoldan keçən insanlar təəccübləniblər. Həqiqət isə sonra ortaya çıxıb.
“Sherg.az” “Haberglobal.com”a istinadən bildirir ki, meksikalı hiper-realist rəssam Ruben Orozkonun heykəlinə 'Bihar' adı verilib və heykəl xüsusi bir layihə üçün çaya yerləşdirilib.

Heykəl kömək və həmrəyliyin əhəmiyyətini çatdırmaq üçün insanlara mesaj verməyi hədəfləyir. Dalğa ilə suyun səthinə qalxan 120 kiloqramlıq nəhəng fiqur hər gün görünür və yox olur.
Şəhər sakinləri “suda boğulan qız” heykəlini gördükləri zaman narahat olduqlarını və stressə girdiklərini söyləyiblər. Bilbaolular qeyd edir ki, qızın üzündə qorxu, narahatlıq yoxdur və sanki boğulmaq üçün özünü suya atıb.

Yeganə Bayramova