Dünyaca məşhur əsər saxta çıxdı -Süni intellekt aşkar etdi

London Milli Qalereyası 1980 -ci ildə Peter Paul Rubensin “Samson və Delilah” əsərini satın alıb. Döyüşçü Samsonun sevgilisi Delilaya xəyanət etdiyi hekayəsini təsvir edən əsər o zaman hərracda satın alınan üçüncü ən bahalı əşya idi.
“Sherg.az” “Haberglobal.com”a istinadən xəbər verir ki, yeni süni intellekt 40 il ərzində muzeydə sərgilənən əsərin saxta olduğunu aşkar edib.
Testlər sənət əsərlərini təsdiqləmək üçün alqoritmlərdən istifadə edən İsveçrə şirkəti “Art Recognition” tərəfindən aparılıb. Sistem əsl əsərlərin şəkilləri ilə alqoritmi öyrənərək rəssamın xüsusiyyətlərini təyin edir. Daha sonra gerçək olma ehtimalını qiymətləndirmək üçün əsərin xüsusiyyətlərini təhlil edir.

 Yeganə Bayramova