Ronaldo yanacaqdoldurma məntəqəsində 7 saat gözləyib

 İngiltərənin Avropa Birliyindən çıxması ilə AB vətəndaşları olan yük maşını və sürücülərinin sayının azalması ölkədə yanacaq təchizatında böyük problemlərə səbəb olub.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, sürücülərin olmaması tədarük zəncirini pozduğundan İngiltərədə uzun illərdir görünməyən benzin növbələri son bir həftədir formalaşır.
Vətəndaşlar günlərlə benzin almaq üçün uzun növbələrdə saatlarla gözləyirlər. Dünya şöhrətli futbolçu Kristiano Ronaldonun sürücüsü və mühafizəçiləri yanacaqdoldurma məntəqəsində 7 saat gözləyiblər. Onlar benzin almadan məntəqəni tərk ediblər.