Tarix Muzeyində çəkməyə bənzər gil qablar qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində nadir materiallar – Qızılburun və Mingəçevirdə aşkar edilmiş çəkməyə bənzər gil qablar qorunur.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, sovet arxeoloqu Aleksandr Müller tərəfindən 1926-cı ildə Qızılburunda tapılmış çəkmə formalı gil qab qırmızı rənglidir. 1946-1953-cü illərdə isə arxeoloq Saleh Qazıyevin rəhbərliyi ilə Mingəçevirdə aparılmış arxeoloji qazıntılar zamanı çəkmə formalı gil qablar aşkar olunub. Gil qab çarığa bənzəyən quruluşa malik olub, boz rənglidir.

Azərbaycanda tapılmış müvafiq gil qablar sovet tarixçisi Qavriil İone tərəfindən öyrənilib. O, bu qabların dövrünü eramızdan əvvəl I minilliyin birinci yarısına aid edib.

Qeyd edək ki, həmin qablar arxeoloji araşdırmalar üçün olduqca əhəmiyyətlidir.