Lotoreyada 700 milyon dollar qazandı

ABŞ -ın ən populyar loto oyunlarından biri olan “Powerball”da 699,8 milyon dollarlıq cekpot bir nəfərə çatıb.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, lotereya rəsmiləri bu şanslı alış -verişin Kaliforniyada edildiyini söyləsələr də, detalları açıqlamayıblar.
Qeyd edək ki, ABŞ -da bonuslar iki şəkildə paylanır. Şanslılar pulu birdəfəlik və ya hissə -hissə əldə edə bilərlər. Qalibin pulu necə alacağı hələ dəqiqləşdirməyib.
700 milyon dollarlıq cekpot “Powerball” lotereya tarixində ən böyük 5 -ci və ABŞ lotereya tarixində 7 -ci ən böyük lotereya oldu.