Boksçunun çəkdiyi rəsm 1 milyon dollara satıldı

 Əfsanəvi boksçu Məhəmməd Əlinin çəkdiyi şəkillər 1 milyon dollara hərraca çıxarılıb.
“Sherg.az” “Haberglobal.com”a istinadən bildirir ki, məşhur boksçunun 26 rəsm əsəri Nyu-Yorkdakı hərracda nümayiş etdirilib.
 "Arı kimi dişlə" adlı rəsm əsəri təxmin ediləndən 10 dəfə artıq qiymətə bazarlanıb. Satış “Bonhams” hərrac evində olub. Bonhams Populyar Mədəniyyət Direktoru Helen Hall bildirib:
 «Məhəmməd Əli bir nəsil formalaşdıran mədəniyyət simvolu idi. Rəsmləri həm də qəlbin dərinliyində mövzuları əks etdirir: Boks, insan hüquqları, din, sülh və humanizm.
 Qeyd edək ki, sənət əsəri Məhəmməd Əlinin dostu, kolleksiyaçı Rodney Hilton Brovn tərəfindən satışa çıxarılıb.