Həftədə 16 saatını saçlarına sərf edir

10 ildir saçını kəsməyən 35 yaşlı Alena Mazanik adlı qadının saçları 1 metr 30 santimetrə çatıb.
“Sherg.az” “Milliyet.com”a istinadən xəbər verir ki, İnstaqramda 20 mindən, “Tik-Tok”da isə 2 milyondan çox izləyicisi olan qadın şahzadəyə bənzər saçları sayəsində diqqət mərkəzində olmaqda zövq alır və həftədə 16 saatını saçlarına sərf edir.

Alena sağlam olmaq üçün həftədə üç -dörd dəfə dörd saata qədər ciddi bir saç baxımı qaydasına riayət edir. O, saçları ilə fəxr etdiyini söyləsə də, bu cür uzun saçların bəzi çətinliklər gətirdiyini bildirib. Bəzən internetdə tənqid olunduğunu söyləyən rus gözəli onu qınayanlara əhəmiyyət vermədiyini söyləyir:

“Saçlarımın səliqəli və çox yumşaq olmasını sevirəm. Yay aylarında saçlarımı açıb, onların çiyinlərimə, qollarıma və ayaqlarıma toxunmasından zövq alıram”.