Həyat yoldaşını xoşbəxt etmək üçün elə addım atdı ki... - FOTOLAR

Bosniya və Herseqovinada yaşayan 72 yaşlı Vojin Kuşiç həyat yoldaşını xoşbəxt etmək üçün fırlanan ev tikdirib. Arvadının şikayətlərindən və evi tez -tez təmir etməkdən bezən V.Kuşiç bunun üçün fırlanan bir ev dizayn edib və onun tikintisini 6 ilə tamamlayıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, dönmə sürəti bağdakı panellə tənzimlənən ev ən sürətli halda 22 saniyədə tam bir dairə təşkil edir.

V.Kuşiç tikdirdiyi yeni ev barədə bu sözləri deyib:
“Həyat yoldaşımın şikayətlərindən və evimizi tez -tez təmir etməkdən bezmişdim. Həyat yoldaşıma dedim ki, sənə fırlanacaq bir ev tikim, canın sıxılanda tez-tez dönərsən. Amma memarlar mənə kömək edə bilmədilər, çünki belə bir dizayn əvvəllər mövcud olmayıb".