Boynunda təkərlə gəzən maral xilas edildi - FOTO

ABŞ-ın “Kolorado Parkları və Vəhşi Təbiət (CPW)” səlahiyyətliləri 2 ildir boynunda təkərlə gəzən bir maralın nəhayət tapılaraq təkərdən xilas edildiyini açıqlayıb. “Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, xilasetmə işində maralın boynundakı təkər əvvəlcə kəsilməyə çalışılsa da, içindəki polad səbəbindən bu üsul mümkün olmayıb.

Daha sonra buynuzlarının kəsilməsinə qərar verilən maral narkotiklə sakitləşdirilərək təkərdən xilas edilib. Səlahiyyətlilər təkərin içərisinin kirlə dolu olduğunu və heyvana ağırlıq etdiyini bildiriblər.

Xilasetmə işində iştirak edən Skot Murdoş bu sözləri deyib:

"Təkəri çıxarmaq çox çətin idi. Maralın boynunda yalnız kiçik bir yara və tük tükülməsi oldu”.