Amerikadakı ən QƏRİBƏ QADAĞALAR...- Sadalandı + FOTOLAR

Məlumdur ki,  dünya ölkələrində bir sıra qadağalar mövcuddur. Ən qəribə və maraqlı qadağaların yer aldığı ölkələrdən biri də ABŞ - dır. 

Amerikanın cənub-şərq bölgəsində yerləşən Alabama ştatında gözləri bağlı halda maşın sürmək qadağandır. Gözləri bağlı halda kimsə maşın sürməsə də onlarda belə bir qayda mövcuddur. 

Arizona ştatında uzunqulaqların hamamda yatması yasaqlanıb. Bu qadağanın nə səbəbdən yarandığı məlum deyil.  

Tutaq ki, Luizianadasınız və bir dostunuza sürpriz  pizza göndərmək istəyirsiniz. 

Təcavüz sayıldığı üçün Luizianada kiməsə sürpriz pizza göndərə bilməzsiniz. (Pizza sevər dostlarımızın gözü yaşlı)  Ohayoda boyalı cücələr satmaz olmaz. Əyalət qanununa görə, Ohayoda bir toyuğun şirin görünən balalarını satılmaq üçün öz maraqlarınıza görə rəngli boyalarla boyaya bilməzsiniz. Bir çox insan bu addımı dəstəkləyir.

 Florida əyalət  qanunlarına görə, bərbərə gedən qadınların saç qurutma maşını istifadə edərkən yatması məhdudlaşdırılıb. 

Nyu-Yorkda axşam saat 10-dan sonra  barmaqarası tərlik ("vyetnamka")  geyinmək qadağandır. Eyni zamanda burada  liftdə danışmaq olmaz. Georgiya əyalətinin Gainesville qəsəbəsində qızarmış toyuqları çəngəl-bıçaqla yemək qadağandır. 

Qızarmış toyuq ancaq əllə yeyilə bilər.  

Merilendda qolsuz tişörtlə  açıq havada, parklarda gəzmək olmaz. 

ABŞ-ın İdaho əyalətində isə qadınların ictimai yerlərdə uşaq əmizdirməsi yasaqlanıb. Bu qanun pozuntusuna görə pul cəzası müəyyən olunub.