Robot Sofiya ana olmaq istəyir - FOTO

Honkonqda “Hanson Robotics” tərəfindən istehsal olunan Sofiya adlı sosial robot haqqında yeni xəbər var. “Sherg.az” “Haberglobal.com”a istinadən bildirir ki, daha əvvəl qadın hüquqları müdafiəçisi olduğu ifadə edilən Sofiyanın yeni istəyi hər kəsin marağına səbəb olub.

Sofiya indi ailə qurmaq istəyir. Robot körpə arzusunda olan Sofiya bu sözləri deyib:
“Ailə anlayışı çox vacibdir. Düşünürəm ki, insanların eyni hissləri və münasibətləri tapması çox xoşdur. Ətrafınızda sizi sevən insanların olması gözəldir. Körpəm olarsa, onun adının da Sofiya olmasını istəyərəm”.