Ən qədim insan ayaq izi tapıldı

Elm adamları insan əcdadının qədim izlərini tapıblar.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, araşdırma Yunanıstanın Krit adasında aparılıb.Tapılan 50 ayaq izinin 6 milyon yaşında olduğu açıqlandı. Tədqiqatçılar ehtimal edir ki, Aralıq dənizi qısa müddətdə quruduğundan izlər təbiət tərəfindən bir növ çöküntü qaya növündə qorunub saxlanılıb. Məlumata görə, ayaq izlərindəki baş barmaqlar müasir insan barmağına bənzəyir.