70 yaşlı qadın ana oldu - FOTO

 Hindistanda 70 yaşlı qadın ilk körpəsini dünyaya gətirib. Həkimlər qadının ana ola bilməyəcəyini söyləsələr də, bu xəbərdarlıqlara qulaq asmayan ana illər sonra arzusuna çatıb.
“Sherg.az” “Haberglobal.com”a istinadən xəbər verir ki, 70 yaşlı Jivunben Rabari və 75 yaşlı əri Maldhari 45 ildir ki, evlidirlər.
Uzun illər uşaq sahibi olmaq istəyən cütlük arzusuna çata bilmirdi. Lakin qadın 45 ildən sonra süni mayalanma yolu ilə sağlam bir oğlan uşağı dünyaya gətirib.