2800 ilin son öpüşü - Həsənlu Aşiqləri

1972 -ci ildə İranın şimal -qərbində dağılmış və yandırılmış qədim şəhər Teppe Hasanlu yerində eramızdan əvvəl 9 -cu əsrin sonlarında suvaqlı kərpiclə əhatə olunmuş bir quyu tapılıb. 

Qazıntılarda  arxeoloqlar tapdıqları iki skeletə Həsənlu Aşiqləri adını veriblər. Pensilvaniya Universitetindən olan arxeoloq Robert Dison, Həsənlu Aşiqləri haqqında bunları söyləyib:

“Quyuda yatan bir kişi və bir qadın olmaqla iki insan skeleti vardı.  Qadın əlini kişinin dodaqlarına uzadaraq üzünə toxunur, kişinin bir qolu qadının çiyninin altında idi.  

Hər ikisi gənc idi, bədənlərində döyülmə izləri yox idi. Aşkar kəsiklər və ya sümüklərin qırılması yox idi. Skeletlərin yaxınlığında heç bir əşya tapılmadı, ancaq başlarının altında daş lövhə vardı.  Quyunun içərisində gips parçaları, kömür və yanmış kərpic parçaları da mövcud idi.Bu qeyri-adi mənzərəni izah etmək üçün iki yanaşma hazırladıq.  

Birincisi, bunlar iki gənc aşiq ola bilərdi, qala mühasirəyə alındıqdan sonra gizlənmək üçün bu quyuya qaçıb özlərini fırça ağacı ilə örtüblər. 

Digər versiya odur ki, gizlənməyə çalışıblar, qadın susmaq üçün kişiyə xəbərdarlıq etib.  Hər iki halda da, ehtimal ki,  onlar boğulub  ölmüş kimi görünürlər. Skeletləri ilk dəfə tapanda hər ikisinin kişi olduğu düşünülürdü. 

Sonrakı tədqiqatlar skeletlərin kişi və qadın olmaqla iki gəncə aid olduğunu irəli sürdü.  Bu gün bu skeletlərin iki kişi və ya kişi və qadın olması ilə bağlı fikir ayrılığı var.