KURİOZ!- Həbsxanada narkotik daşıyan pişik tutuldu - Ağlagəlməz əməl... + Foto

Rusiyanın İvanovo vilayətindəki 4 saylı Cəzaçəkmə Müəssisəsində mühafizəçilər narkotik vasitə daşıyan pişiyi tutublar.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, həbsxanada gəzən pişiyin boynundakı əşya mühafizəçilərin diqqətini çəkib. Sonra isə həmin əşyanın içində 5.91 qram narkotik maddə olduğu təsbit edilib.
Baş verən maraqlı hadisədən sonra pişik mühafizəçilərin bağladığı otaqdan qaçıb. İvanovo Rayon Prokurorluğu ilə Rusiya Federal Penitensiar Xidməti istintaq başladıldığını və pişiyin narkotiki hansı məhbus və ya məhkumlara apardığı ilə bağlı araşdırmaların dərinləşəcəyini bildirib.

Qeyd edək ki, əvvəllər də Rusiyada pişiklər məhkumlar tərəfindən gizli şəkildə həbsxanalarda narkotik daşımaq üçün istifadə olunurdu.