Qeyri-adi səyahət:  Yolda yatmaq üçün  avtobus... - FOTO

Honq-Konqda qeyri-adi avtobus xidməti fəaliyyətə başlayıb. Məlumata görə, küçələrdə 5 saat dövr edən avtobus nəqliyyat üçün deyil, yatmaq üçün nəzərdə tutulub.

“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, yataq avtobusunun bilet qiymətləri 13 dollardan başlayır.
Avtobusun üst mərtəbəsində səs izolyasiyası olan oturacağın qiyməti 38 dollardır. Tur şirkət rəsmiləri pandemiya səbəbindən azalan işlərinin yuxu avtobusu sayəsində daha da güclənəcəyi qənaətindədirlər.