Nəhəng balıq tapıldı: çəkisi 2 tondur

İspaniyanın “Seuta” sahillərində nəhəng günəş balığı balıqçıların toruna düşüb. Balıq tünd boz dərisi, böyük bədəni, nəhəng başı və üzgəci ilə seçilir. Bu dəfə qarmağa elə böyük bir ov düşüb ki, balıqçılar məəttəl qalıb.
“Sherg.az” “Haberglobal.com”a istinadən bildirir ki, balıq təxminən 3 metr hündürlüyündədir.
Çəkisi 2 ton olan Günəş balığını kranla çətinliklə dartıblar. Bundan sonra isə bioloqlar ölçülər, fotoşəkillər və DNT nümunələri götürüb. Proses bir neçə dəqiqə ərzində tamamlanıb və balıq aid olduğu dənizə qaytarılıb. Nəhəng heyvan suyun dərinliklərinə qərq olaraq yoxa çıxıb.