Zooparka 7.4 milyon dollar miras qalıb
 

Çexiyanın paytaxtı Praqadakı zooparka böyük bir miras qalıb. Zooparkın direktoru Miroslav Bobek verdiyi açıqlamada söyləyib:
“Praqa 10-cu rayon məhkəməsindən məktub aldıq. Məlum oldu ki, J.R. adlı xanım zooparkımıza 16 milyon 769 min 398 çex kronu (təxminən 7,4 milyon dollar) miras qoyub. Bu, bizim üçün böyük bir hədiyyədir. İanəni çox diqqətlə xərcləməliyik, artıq bununla bağlı planlar da hazırlamağa başlamışıq”.

“Sherg.az” türk mediasına istinadən bildirir ki, mirası qoyan J.R.-nin yaxın dostları dünyasını dəyişən qadının səhhətində problemlər olduğunu və bu problemləri unutmaq üçün hər gün zooparka getdiyini, heyvanlara baxdığını, onlarla söhbət etdiyini söyləyiblər.

 “Onun belə bir miras qoymasına təəccüblənmirik”.

 Qeyd edək ki, 675 növdən 7000-ə yaxın heyvanın yaşadığı Praqa Zooparkı dünyanın 5-ci ən yaxşı zooparkıdır. Təxminən 58 hektar ərazini əhatə edən zooparkda nəsli kəsilməkdə olan 563 heyvan növü də var.