Ən kiçik silah... - FOTO

İsveçin “SwissMiniGun” şirkəti kolleksiyaçılar üçün dünyanın ən kiçik silahını istehsal edib.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, cəmi 5,5 sm hündürlüyündə olan silah həqiqi güllələrlə doludur və atəş zamanı 112 metr məsafədəki hədəfləri asanlıqla vura bilir.
Silah üzrə mütəxəssis Conatan Spenser deyib:
“Güllələr nə qədər kiçik olsa da, insan dərisini deşəcək qədər güclüdür. Bu səbəbdən öldürücü silahlar kateqoriyasında qiymətləndirilir və yalnız lisenziya sahiblərinə satılır”.
Qiyməti 3000 funt sterlinq olan bu kiçik silahdan cəmi 300 ədəd istehsal edilib.