Dünyanın ilk düşünən robotu hazırlanıb

Yapon alimləri dünyanın ilk düşünən robotunu yaradıblar.
“Sherg.az” “Cnnturk.com”a istinadən xəbər verir ki, laboratoriyada yetişdirilən beyinə bənzər neyronlara malik hüceyrələr elektriklə stimullaşdırıldıqda robot kiçik bir labirintdə uğurla hərəkət edib.
Tədqiqatçılar bildiriblər ki, fiziki rezervuar hesablaması adlı texnika robota beyin dalğalarını anlamağa və maneələri dəf etməyə imkan verir. Tədqiqatın həmmüəllifi Hirokazu Takahaşi söyləyib:
“Robotun beyni sinir hüceyrələri və ya neyronlardakı canlı hüceyrələrdən yetişdirilib. İlk düşünən robotda beyin hüceyrələrindən gələn siqnallar labirintdə hərəkət edərkən ətraf mühitə dair məlumat ötürür”.
Yapon alimləri ümid edir ki, bu irəliləyiş insan beynini təqlid edən superkompüterin inkişafına gətirib çıxaracaq.

 

--