Kök qadın özünü çəkdi - "Mənə belə baxdıqlarını bilməzdim" - FOTO


"İzafi çəkili olduğumu, gözəl görünmədiyimi bilirəm. Lakin ətrafımdakı insanların mənə baxışlarındakı qəddarlığı ağlıma da gətirə bilməzdim".

Amerikalı qadın fotoqraf Heyli Morris-Kafiero belə deyir.

Milli.Az bildirir ki, bir sıra məşhur nəşrlərlə əməkdaşlıq edən peşəkar fotoqraf müxtəlif məkanlarda olarkən ətrafındakı insanların ona baxışqlarını əks etditrən "Wait Watchers" fotokitabının müəllifidir.

Tosqunluqdan və hipoteriozdan əziyyət çəkən Heyli deyir: "İnsanların diqqətini cəlb etmək üçün əlahiddə heç nə etmirdim. Lakin mənə tuşlanan o baxışlar... Siz də baxın.  İndi mənə deyirləri ki, arıqlayım, geyim stilimi dəyişim, makiyajdan istifadə edim. İstəmirəm. Fotoların isə cəmiyyətin kök adamlara münasibətinin barometridir".