Tələbə adından sərvət topladı

48 yaşlı ana 22 yaşlı qızının adından istifadə edib
 
“Independent Türkçə” xəbər verir ki, ABŞ-ın Mussusi ştatında 48 yaşlı Laura Oglesby 2 il ərzində özünü universitet tələbəsi kimi təqdim edib. Universitetdən kredit şəklində maliyyə yardımı alıb. Bu, Lauranın 22 yaşlı qızı Lauren Ashleigh Haysın şəxsiyyət vəsiqəsini oğurlayıb istifadə etməsi nəticəsində olub. 48 yaşlı ana qızının şəxsiyyət vəsiqəsindən istifadə edərək universitet tələbəsi kimi kitabxanada işə də düzəlib. 

Hətta iş yerində onu həqiqətən 22 yaşlı gənc qız hesab edən sevgililəri də olub. Qadın qızının sənədi ilə sosial müdafiə qurumunu da aldadaraq 25 min dollar mənimsəyib. 

Bazar ertəsi keçirilən məhkəmədə qadın günahını etiraf edib. Məhkəmə qadın barəsində 5 il həbs cəzası qərarı çıxarıb. Məhkəmənin qərarı ilə qadın Southwest Baptist Universitetinə və qızı Laurenə ümumilikdə 17 min 521 dollar təzminat ödəməlidir.  

“New-York Times”ə danışan polis rəisi Jamie Perkins “buna hər kəs inanmış. Hətta 22 yaşında olduğuna inanan oğlan dostları belə varmış”, deyib.  Qadın isə məhkəmədə ailədaxili şiddət gördüyü üçün evdən qaçıb Missuri ştatına gəldiyini bildirib.