Bu ölkədə siqaret qadağan edilir

Yeni Zelandiya gələcək nəslin siqaretdən istifadə etməsini rəsmi olaraq qadağan edəcəyini açıqlayıb.
“Sherg.az”  xarici KİV-ə istinadən xəbər verir ki, gələn il qüvvəyə minməsi gözlənilən qanun çərçivəsində 2008-ci ildən sonra doğulanlar artıq siqaret və tütün məmulatı ala bilməyəcəklər. Bu ölkənin Səhiyyə naziri Dr. Ayesha Verall açıqlamasında bildirib ki, gənclərin heç vaxt siqaret çəkməməsini təmin etmək istəyirlər:

“2025-ci ilə qədər ölkədə siqaret çəkmə nisbətinin 5 faizə endirilməsi və sonra isə tamamilə qadağan olunması nəzərdə tutulub. 

Qəbul edilən qərarlar arasında ölkədə tütün tərkibində nikotin səviyyəsinin məhdudlaşdırılması da var. Eyni zamanda siqaret satan mağazaların sayı 500-dən aşağı salınması və narkomaniya xidmətlərinə daha çox vəsait ayrılması gələcək planlarının arasındadır. Ölkənin səhiyyə ekspertləri bu qərarları alqışlayıblar. Otaqo Universitetinin professoru. Dr. Janet Huk bu barədə öz fikirlərini deyib: 

"Bu, insanlara zərərli məhsullardan imtina etməyə vədaha az zərərli məhsullara keçməyə kömək edəcək. Həmçinin, yeniyetmələrin nikotinə aludə olma ehtimalını xeyli azaldacaq". 

Qeyd edək ki, yeni məhdudiyyətlər elektron siqaret məhsullarına təsir etməyəcək.

Çimnaz ŞAHLAR