NASA Marsda qaya nümunələri tapıb - Yerə qaytarıla bilər!  

16 dekabr tarixində (UNI) NASA-nın Mars tədqiqatçısı “Perseverance” kraterin eniş yerində ən qədim qayaların nə olduğunu müəyyən edib.
“Sherg.az” “BBC”yə istiandən xəbər verir ki, qayaların bəzi qədim lava axınının nəticəsi olan vulkanik mənşəli olduğu deyilir. Bu, missiya üçün mühüm mərhələ kimi qəbul edilir. Çünki indi bu qaya nümunələri növbəti onillikdə Yerə qaytarıla,  tarixi müəyyən edilə bilər. “Perseverance”  fevral ayında “Jezero” kraterinə düşüb.
Bu, təkcə Marsın bütövlükdə eniş yerini deyil, həm də müəyyən vaxtdan sonra  Günəş sistemi ilə bağlı qaranlıq məqamları daha çox  işıqlandıracaq.

Cəmilə ƏZİM