“Bir kosmos macərası...” 

Qumdan heykəl sənətinin peşəkarları da bu mövzuya uyğun əsərlər sərgiləyib

Antalyada keçirilən XVII Beynəlxalq Qum Heykəllər festivalı rəngarəng mənzərələrlə yadda qalıb. Builki festivalın mövzusu “Bir kosmos macərası” müəyyən edilib. Qumdan heykəl sənətinin peşəkarları da bu mövzuya uyğun əsərlər sərgiləyib. İşlərin tamamlanmasıyla festival ziyarətə açıq elan edilib.

“Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Qum Heykəllər Festivalı Antalyanın “Lara Halk” çimərliyində təşkil edilib və 7 min kvardatmetr ərazini əhatə edir. Festivala həm yerli əhalinin, həm də əcnəbi turistlərin marağı böyükdür. Festivalda sərgilənən heykəllər sırasında macəra, kainatın sirləri ilə bağlı çəkilmiş filmlərin qəhrəmanları  da var. Kosmosla bağlı ilk rəsmlərin müəllifi, məşhur italyan rəssam və heykəltəraş Leonardo da Vinçinin, həmçinin Qalileo Qalileyin, kosmosa göndərilən ilk insan – Yuri Qaqarinin və başqa məşhurların qumdan heykəli hazırlanıb. Festivalın koordinatoru Cem Karaca insanların qum heykəl festivalını, xüsusən də kosmos mövzusunu böyük maraqla qarşıladıqlarını deyib.