Əqrəb zəhərinin qiyməti dodaq uçuqlatdı - Litri 10 milyon dollar!
Yusif Nəzərli
10:00 30.09.2022
Relaks
3376
İlan zəhərinin faydaları, dəyərinin də yüksək olduğu məlum idi, amma demə, əqrəb zəhəri toplamaq dünyada ən təhlükəli, həm də ən bahalı iş sayılırmış.“Sherg.az“Milliyet.com”a istinadən bildirir ki, Türkiyənin Şanlıurfa bölgəsində yaşayan Mətin Örənlərin qurduğu təsisatda milyon dollarlıq iş icra olunur. Qazancın mənbəyi isə zəhərli əqrəblərdir. Mətin Örənlər əqrəb yetişdirmək üçün 1 il əvvəl nəhayət icazə ala bilib. Və əqrəb yetişdiriciliyinə dair rəsmi icazə alıb. Bundan sonra yumurta qoya bilən əqrəbləri bölgədə toplamağa başlayıblar. İlkin olaraq 100 ədəd belə əqrəb toplayıblar. M.Örənlər 550 kvadrat metr ərazidə müəssisə qurub. Müəssisədə bütün dünyada hər növ əqrəb və ilan sancmalarına qarşı təsirli olan “Androctonus Crassicauda” cinsi əqrəblərin yetişdirilməsinə və zəhərlərinin əldə edilməsinə başlanılıb. Müəssisə 50 min əqrəb yetişdirmək gücünə malikdir, lakin hazırda 15 min əqrəbə sahibdirlər. M.Örənlər qeyd edib ki, əqrəb zəhəri ilan və əqrəb sancmalarına qarşı ən təsirli vasitədir və bugünədək Türkiyədə el arasında bu üsuldan geniş istifadə edilib. M.Örənlər əqrəblərdən əldə edilən zəhərin litrinin 10 milyon dollara satıldığını, əqrəb zəhərinin dünyada ən bahalı maddə olduğunu deyib. Müəssisə əsasən qara əqrəbləri toplayır və çoxaldır. Qara əqrəblər Şanlıurfa təbiətinə xasdır. Bu səbəbdən də onları toplayıb çoxaltmaq o qədər də çətin deyil. M.Örənlər əldə edilən qara əqrəb zəhərini dünya ölkələrinə ixrac etdiklərini də deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya