Paşinyanın yürütdüyü siyasət qanların axıdılmasına yönəlib - Politoloq
13:43 25.09.2022
Relaks
1588
Baş nazir ikinci cəbhə açaraq Ermənistanı birdəfəlik Qərbə inteqrasiya etmək niyyətindədir
"Nikol Paşinyanın BMT-dəki çıxışı və Blinkenlə görüşləri onu deməyə əsas verir ki, o, yeni müharibənin başladılmasını və ardınca Rusiyanın Ermənistandan çıxarılmasını hədəfləyir".
"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, Paşinyan çıxışını bütövlüklə Azərbaycanı dünya qarşısında aqressor kimi qələmə verib:
"Çıxışı zamanı Paşinyan Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə günahlandıraraq Bakının sülhü hədəfləmədiyini qeyd edib. ABŞ və Qərbin xoşuna gəlmək üçün, o, son hadisələri Azərbaycanın Ermənistandakı demokratik suveren dövlət quruculuğunu boğmaq kimi dəyərləndirib. Eyni zamanda, bu fonda Rusiyanı fəaliyyətsizlikdə ittiham edib. Bu azmış kimi, Nikol sərhəddə monitorinqin aparılması üçün beynəlxalq müşahidəçilərin cəlb edilməsinin vacibliyinə toxunub. Paşinyan üçtərəfli bəyanatda Zəngəzura məhz dəhliz statusunun verilməsi ilə bağlı ifadənin olmamasını da bəyan edib. Nikol Paşinyanın Nyu Yorkdakı çıxışı müharibə riskini artıran çıxış kimi yadda qaldı. Ermənistan demarkasiya və dəhliz məsələsində nəticəyə hazır olmadığını sübut etmiş oldu. Halbuki, müxtəlif mənbələrin məlumatına görə 9 noyabr tarixində yazılı şəkildə Üçtərəfli Bəyanat kimi öhdəlildən başqa Paşinyanın Putinə verdiyi "kişi sözü" də var. Həmin şifahi razılaşmaya görə daxili auditoriyanı çaşdırmaq üçün Bəyanatda "maneəsiz" ifadəsi yer almışdı və anklavlar məsələsi ikinci versiyada sənəddən çıxarılmışdı. Paşinyan anklavlar da daxil olmaqla tez bir zamanda demarkasiyaya gedəcəyini və koridor statusunda Zəngəzur xəttini açaçağına söz vermişdi".
Z.Məmmədov vurğulayıb ki, 2 il baş verənləri qoyaq kənara və hazırda Ermənistanın nə etmək istədiyi ehtimalları haqqında düşünək:
"Belə görünür ki, Ermənistan ərazisində Rusiya faktorunu minimallaşdırmaq və ABŞ ın Qafqazdakı əsas dayaq nöqtəsi olmasını hədəfləyir. Paşinyan verdiyi vədlərə əməl edilməməsinin həm Azərbaycan, həm də Rusiya tərəfindən cəzalandırılması riskini də çox yaxşı bilir. Beləcə, Ermənistan Azərbaycanın Naxçıvana və Göyçə gölünə qədər hərbi əməliyyatlar keçirməsinə zəmin və şərait yaradır. Xadırladım ki, 1920 - ci ildə Ararat Respublikası SSR nin tərkibinə daxil olarkən Qərbi Zəngəzur və Göyçə bölgələri Azərbaycan ərazisi idi və sərhəd xətti qərbdə idi. Hər halda, son hadisələr ABŞ, Aİ, İran, Türkiyə, Rusiya arasında Qafqaz uğrunda mübarizəni qızışdırır və regionu qeyri-aabit nöqtəyə çevirir. Paşinyanın yürütdüyü siyasət qanların axıdılmasına yönəlib. O ikinci cəbhə açaraq Ermənistanı birdəfəlik Qərbə inteqrasiya etmək niyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya