Şüur 6 dəqiqə açıq qalır - Ölüm anı ilə bağlı FAKTLAR
Yusif Nəzərli
11:44 01.10.2022
Relaks
2281
"Beynin fəaliyyəti ölümdən bir müddət sonra sönməyə başlayır"
Yaradılışdan bu yana bütün insanları ən çox düşündürən ölüm olub. Ölüm necə baş verir, öldükdə insan nələrsə hiss edirmi, ölümdən sonra nə olur… Təəssüf ki, bu suallara milyon illərdir cavab tapılmır. Cavablar verilir, amma müxtəlif. Alimlər, ruhanilər, müxtəlif insanlar bu sualları müxtəlif formada, hər kəs öz bilgiləri daxilində cavablandırır. Ən çox sual doğuran hallardan biri də beyin ölümü gerçəkləşmiş insanın şüurunun nə qədər açıq qala bilməsidir. Böyük Britaniyanın Bangor Universitetinin professor Guillaume Thierry beyin vücuddan ayrıldıqdan sonra şüurun nə qədər davam edəcəyi üzərində araşdırma aparıb. Professor qeyd edib ki, Fransa inqilabı tarixini öyrənərkən inkvizisiya qanunlarıyla da tanış olub. Orta əsrlərdə edam cəzasına məhkum edilmiş insanların başını bədənindən ayırmaq üçün “giyotin” adlanan alətdən istifadə edilirmiş. Əldə edilən bilgilərə görə, insanın ölüm anında beynində pozulma əmələ gəlir və bu, əsla geri dönüşü olmayan vəziyyətdir. Bu anda şüur hissetmə və düşünmə qabiliyyətini itirir. Siçanlar üzərində aparılan təcrübə də göstərir ki, şüurun itməsindən 1 dəqiqə sonra sinir sistemi çökür. Lakin alim hesab edir ki, bu müddət insanlarda daha uzun ola bilər. Təcrübə zamanı epilepsiya xəstəsi olan 87 yaşlı adam elektroensefalografi (EEG) cihazına qoşulub. Xəstə ürək tutmasından vəfat edib, lakin bu hadisə bioloji ölüm gerçəkləşmiş insanın beyninin nə qədər müddət aktiv vəziyyətdə qaldığını müəyyən etmək imkanı verib. Məlum olub ki, ölüm hadisəsi baş versə də beyin 15 dəqiqə ərzində aktib vəziyyətdə qalıb. Alim hesab edir ki, ekstrim vəziyyətlərdə ölüm keçirən insanların beyninin bir müddət oyaq qalması səbəbiylə 6-10 dəqiqə sonra həyata qaytarılması mümkündür. Nəzəriyyədə bu, mümkün haldır. Beynin fəaliyyəti ölümdən bir müddət sonra sönməyə başlayır. Bu da orqanizmdə ən gec həyatla vidalaşan orqanın məhz beyin olduğunu söyləməyə əsas verir. Lakin bu müddətdə nələr baş verib, “ölümdən dönən” insanlar bu vəziyyəti müxtəlif cür təsvir edir. Ortaq fikir yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya