“Türkovac”ı kəşf edən həkim: "...Qalib gələ bilərik"

“Türkovac”ı kəşf edən həkim, professor Aykut Özdareneli bu barədə yerli mətbuata açıqlama verib. “Sherg.az” “Haberglobal”a istinadən bildirir ki, doktorantura təhsilindən sonra ABŞ-da üç il koronavirusla bağlı tədqiqat aparıb. “Pandemiya meydana gələndə, düşündüm ki, bələd olduğum mövzudur, ona qalib gələ bilərik”- deyə professor əlavə edib.
 Həkimin sözlərinə görə, xəstəlik yayıldığı ilk gündən etibarən komanda işə başlayıb.
Professor, həmçinin bildirib  ki, koronavirusa qarşı mübarizədə peyvəndləmə çox vacibdir.