Həkim pessimistdir:“Yoluxanların sayı arta bilər”

Son günlər qonşu Gürcüstanda koronavirusa yoluxanların sayı 1000 nəfəri kecib. Rusiyada vəziyyət Gürcüstandan da bərbaddır. Hər iki ölkədə hind ştammı sürətlə yayılır.

İndiyə qədər “Delta” adlanan hind ştammı qonşu Rusiya və Gürcüstan daxil olmaqla, dünyanın 90-dan çox ölkəsində qeydə alınıb. Hər iki qonşu ölkə ilə sərhədlərimizin açılması gözlənilir. Bu zaman vəziyyətin bizdə də pisləşəcəyinə dair müəyyən iddialar səslənməkdədir.

Tanınmış həkim-psixoterapevt Əli Nağıyev ölkəmizdə hansısa təhlükənin olub-olmayacağına dair fikirlərini “Sherg.az”la bölüşüb:

“Koronavirus təcrübəsi göstərir ki, qonşu ölkələrdə virusa yoluxma sayında artım varsa, ölkəmizdə də arta bilər. Eyni zamanda İsraildə yoluxma artan xətlə davam edir. Gürcüstan və Rusiyada vəziyyət gərgindir və ölkəmizdə vəziyyətin pisləşməməsi üçün əhalinin diqqətli olması vacibdir. Qapalı məkanlarda deyilən qaydalara əməl etmək lazımdır. Eyni zamanda vaksinasiya prosesini də ciddi nəzərə almaq vacibdir. Vaksinasiya könüllü və əsaslı şəkildə davam etdirilməli, tam başa çatdırılmalıdır. O zaman yoluxmanın sürətlənməsinin qarşısını ala bilərik”.

 

--