Araşdırıldı! - COVİD-19-un mənşəyi 20 min il əvvələ təsadüf edir - Foto

ABŞ-da aparılan araşdırmada COVİD-19-un mənşəyinin 20 min il əvvələ dayandığı üzə çıxıb. 

“Sherg.az” türk medasına istinadən xəbər verir ki, Şərqi Asiyada bu günkü insanların DNT-sində bir iz qoyacaq qədər güclü bir epidemiyanın olduğu irəli sürüldü.

Araşdırmada qədim virusun bölgədə illərdir təsirli olduğu qeyd edilib və mövcud COVİD-19 epidemiyasına peyvəndlə nəzarət edilmədiyi təqdirdə bunun ağır nəticələrə gətirib çıxara biləcəyi göstərilib.
Araşdırmaya rəhbərlik edən Arizona Universitetinin təkamülçü bioloqu David Enard bildirib:

“Bu, bizi narahat etməlidir. İndi mövcud olan epidemiya nəsillər boyu davam edə bilər”.

Enard və digər elm adamlarının mövcud koronavius genlərinə baxmaq əvəzinə virusu daşıyan insanların DNT-sindəki təsirlərini araşdırdıqları və virusların insan genində böyük dəyişikliklərə səbəb olduğu açıqlanıb.

İnsanların bir-birlərinə ötürdükləri mutasiyalar əslində sonrakı nəsillərə ötürülür. Elm adamlarının virus tarixini yenidən öyrənmək üçün bu genetik versiya nümunələri daxilində insan genfondunu araşdırdıqları vurğulanıb. Bu genlərdən 42-nin Şərqi Asiya populyasiyasında dominant bir versiyaya sahib olduğunu tapılıb.

Araşdırmada bütün bu genlərin 20-25 min il əvvəl bir neçə əsr ərzində antiviral mutasiyaları inkişaf etdirdiyi təxmin edilir. Təəccüblü olan isə Şərqi Asiyada virusun necə bu qədər yayıldığı sualıdır. Çünki o zaman insanlar sıx icmalarda yaşamırdılar.