"Delta” ştammı aqressivdir:"Açıq havada maska taxılsın"

Qonşu ölkələrdə, o cümlədən Rusiyada və Gürcüstanda koronavirusa yoluxma faktı yenidən artmaqdadır. Üstəgəl, indi də “Delta” və “Delta+” ştammı dünya ictimaiyyətinin canına vahimə salıb. Mərhum Bəxtiyar Vahabzadə demiş, hara gedir sabahımız? Görünür, heç də yaxşı yerə getmir...
Həkim Fəxranə Hüseynzadənin bu barədə “Sherg.az”a dedikləri də göstərir ki, “arxı keçmədən” sevinməyə dəyməz:

“Yoluxmalar yenidən arta bilər. Çünki insanlarımız arxayınlaşıblar. Məhdudiyyətlər tamam unudulub. Qapalı məkanda tibbi maskadan istifadə olunmur. Hərçənd, fikrimcə, açıq havada, xüsusilə sıxlıq olan yerlərdə də masa taxılmalıdır”.

Həkim, həmçinin valideynləri diqqətli olmağa çağırdı:

“ “Delta” ştammı daha aqressivdir. Coviddən fərqli olaraq, uşaqlar bu virusa daha tez yoluxur. Odur ki, övladlarımızı qorumalıyıq. Qapalı yerlərdə, o cümlədən mağazada əsla maskasız gəzmək olmaz”.