TƏBİB sədri: “Üçüncü doza ilə bağlı dünya praktikasına baxılacaq”


Tibb işçilərinin vaksinasiyası yanvar ayının 18-dən başladığı üçün avqustun 18-i artıq həkimlərin vaksinasiyasından 6 ay keçmiş olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

O bildirib ki, ilkin mərhələdə dünya praktikasına baxılacaq:

“Vəziyyətə baxılacaq ki, 6, 8, yoxsa 9 aydan sonra üçüncü doza vaksinə ehtiyac var, ya yox. Ya da belə deyək ki, hansı vaksinə ehtiyac var. Bu istiqamətdə ehtiyatlarımıza və vaksinasiya strategiyasına yenidən baxılacaq, ictimaiyyət də bu istiqamətdə məlumatlandırılacaq”.