Qapanmalar istisna deyil:“Yoluxanların sayında artım..."

Nə qədər arzulasaq da, koronavirus bəlası hələ də bitmir. İnsanlar gözlə görünməyən, zərrəcikdən də kiçik virusun qurbanına çevrilirlər. Özləri də bilmirlər necə olur. Öskürək, asqırak, yüksək hərarət...axırda süni nəfəs aparatı.
Yoluxma sayının ikirəqəmliyə düşdüyünə görə vəziyyətin yaxşılaşacağına ümid edirdik. Amma ümidlərimiz xəyal qırıqlığı ilə əvəz olunmaqdadır. Çünki yeni ştamm meydana çıxıb, dünyada yoluxanların sayı yenidən çoxalıb.

 Həkim- nevroloq Vüqar Cəfər də “Sherg.az”a açıqlamasında dedi ki, sevinmək üçün tələsməyə dəyməz: 

“Məlum olduğu kimi, Rusiya və Gürcüstanda durum yenidən pisləşib. Qonşu ölkələrdəki tendensiyaya əsaslansaq, bizdə də yoluxanların sayında artım gözlənilir. Xüsusilə yayda Rusiyada yaşayan soydaşlarımız vətənə gələcək. Beləliklə, yoluxanların sayının üçrəqəmliyə qalxması və qapanmalar istisna deyil”.