Peyvənd olunanlar koronavirusu yaymır


Rusiyada “Rospotrebnadzor”un sədri Anna Popova COVID-19-a qarşı peyvənd edilənlərin koronavirusu yaymadığını açıqlayıb.

O, bu barədə “Rossiya 24” telekanalının efirində deyib.

“Vaksinasiya olunmuş insan virusu yaymır. İstisna hal da ola bilər, amma bu, başqa mövzudur”, - deyə o qeyd edib.

O əlavə edib ki, yalnız “intensiv vaksinasiyalar” deyil, məhdudiyyətlər qoyulduqdan sonra əlaqələrin azalması da virusu dayandıra bilər.

Bu vəziyyətdə virus topluma yayılmır və insandan insana keçmir.

Popova hesab edir ki, insanların peyvənd olunacağı təqdirdə məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsinə ehtiyac yaranmayacaq.