Həkimdən etiraz: “Nə qədər qapanmaq olar axı?!”

Qazaxıstanda uşaqlar arasında COVID-19-a yoluxma halları artmaqdadır. Bu barədə tibb elmləri doktoru, yüksək kateqoriyalı pediatr Sagira Abdraxmanovanın açıqlamasına istinadla xəbər yayıb.

“Bu gün çox həyəcanverici bir vəziyyət yaranıb. Dünyada uşaqlar arasında xəstəliyə yoluxma nisbəti yüksəkdir və təəssüf ki, biz də geri qalmırıq. Təkcə bu gün təxminən 38 min uşaq yoluxma ilə qeydiyyata alındı”, - deyə o bildirib. Eyni zamanda, Abdraxmanova qeyd edib ki, 2021-ci ilin əvvəlindən 31 572 uşaqda COVID-19 aşkarlanıb. “Məhz son bir ayda çox sayda uşaq xəstələnməyə başladı”, - deyə o, uşaqların təxminən 50 %-nin xəstəliyi simptomsuz keçirdiyini vurğulayıb.



Həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında “Delta” ştammının yayılması fonunda valideynlərə xəbərdarıq etdi:

“ “Delta” ştammının spesiik xüsusiyyəti daha çox yoluxuculuq qabiliyyətinə malik olmasıdır. Uşaqlardan daha çox böyüklər özlərini qorumalıdırlar. Çünki uşaqlara virus çox zaman məhz ana-atalardan keçir. Qorunmaq üçün isə “Amerika kəşf etməyə” ehtiyac yoxdur. Köhnə qaydalara əməl etmək lazımdır. Və nəzərə almalıyıq ki, vaksinasiyadan başqa çarə yoxdur. Nə qədər qapanmaq olar axı?!”.