Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

Türkiyədə koronavirusla bağlı avqustun 17-nə olan vəziyyət açıqlanıb.

“Haber Global” məlumat verir ki, sutka ərzində ölkədə 294 561 nəfərin COVID-19 testi yoxlanıb.

Günlük yoluxma sayı 21 692 nəfər təşkil edib.

183 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, son 24 saat ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 14 636 nəfərə çatdığı bildirilib.