ÜST açıqladı: Vaksin “Delta” ştammı üçün effektlidir

Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) baş tədqiqatçısı Sumya Svaminatan vaksinasiyanın koronavirusun “Delta” ştammı üçün effektiv olduğunu deyib.

“Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə deyib.

Mütəxəssisin sözlərinə görə, peyvəndin əlavə dozasına ehtiyac yoxdur.

ÜST epidemioloqu Maria van Kerkhove isə bildirib ki, aşılanmanın yüksək sürətlə getdiyi ölkələrdə “Delta”ya yoluxma faktı daha azdır.